Lari əvvəlki vəziyyətinə dönəcək?

İqtisadiyyat Manshet

“Bütün idarələrin, onların arasında komersiyal bankların dəyərləndirməsi eynidir. Lari həddindən artıq ucuzlaşıb, ancaq gözləntilərimiz var ki, yaxın gələcəkdə lari öz möhkəm pozisiyasına geri qayıdacaq”.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze brifinqdə bildirib.

Mamuka Baxtadze bildirib ki, milli valyuta iki gündür möhkəmlənmə tendensiyasını göstərir və bu gözlənilirdi.

“İki gün bundan öncə, sakstatın yaydığı iqtisadi artım haqqında məlumat da bunu təsdiqləyir. Larinin ucuzlaşmasına son zamanlarda turizm baxımından mövcud olan neqativ gözləntilər səbəb oldu, ancaq iqtisadi inkişafın əsas parametrləri olduqca müsbətdir və fəal dinamika göstərir” – dedi Mamuka Baxtadze.

Baş nazirin dediyinə görə, turizm sektorunda gəlirlərin azalması müşahidə olunur, ancaq iqtidar tərəfindən planlaşdırılan birgə tədbirlərlə qeyd olunan sektor da öz artan dinamikasına geri qayıdacaq.