Lari dollara qarşı möhkəmlənməkdə davam edir – Rəsmi məzənnə açıqlanıb

Manshet İqtisadiyyat

Gürcüstan Milli valyutası olan lari artıq bir neçə gündür ki, dollara qarşı möhkəmlənməkdə davam edir.

Nsa.ge xəbər verir ki, bu gün Milli Bankın oktyabrın 26-na müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2,9453  lariyə bərabər olub.

Gürcüstanın milli valyutası avro qarşısında da möhkəmlənib. Rəsmi məzənnəyə görə oktyabrın 26-da 1 avro 3,2737 lariyə bərabər olacaq.

Belə ki, dollar lariyə qarşı 0.0062 GEL, avro isə 0.0098 GEL ucuzlaşıb.