Lari dollara qarşı möhkəmlənməkdə davam edir – Sabaha olan rəsmi məzənnə

İqtisadiyyat Manshet

Milli valyuta lari dollara qarşı möhkəmlənməkdə davam edir.

Nsa.ge xəbər verir ki, bu gün saat 17:00-da Milli Bankın avqustun 14-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2.9090 lariyə bərabər olub.

Gürcüstanın milli valyutası avro qarşısında da möhkəmlənib. Rəsmi məzənnəyə görə avqustun 14-də 1 avro 3,2622 lariyə bərabər olacaq.

Bu gün isə dollar və avro ilə əməliyyatlarda rəsmi məzənnə müvafiq olaraq 2,9173 və 3,2665 lariyə rəsmi məzənnəsi ilə həyata keçirilib.