Lari dollara qarşı möhkəmlənməkdə davam edir

Manshet İqtisadiyyat

Gürcüstan Milli Bankının müdaxiləsindən sonra lari dollara qarşı möhkəmlənməkdə davam edir.

Nsa.ge xəbər verir ki, bu gün saat 17:00-da Milli Bankın avqustun 3-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2,8870 lariyə bərabər olub.

Gürcüstanın milli valyutası avro qarşısında da möhkəmlənib. Rəsmi məzənnəyə görə avqustun 3-də 1 avro 3,2037 lariyə bərabər olacaq.

Bu gün isə dollar və avro ilə əməliyyatlarda rəsmi məzənnə müvafiq olaraq 2,92963,2328 lariyə rəsmi məzənnəsi ilə həyata keçirilib.

Qeyd edək ki, Gürcüstan Milli Bankı larinin sürətlə dəyər itirməsinin qarşısını almaq məqsədi ilə avqustun 1-də 40 mln. ABŞ dollarını hərraca çıxarıb və gün ərzində 32,8 mln. dollar satmağa müvəffəq olub.