Lari dollara qarşı ucuzlaşır – Sabaha olan rəsmi məzənnə açıqlanıb

Manshet İqtisadiyyat

Gürcüstanın milli valyutası lari dollara qarşı ucuzlaşıb.

Nsa.ge xəbər verir ki, Gürcüstan Milli Bankının sentyabrın 21-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2.9759 lari təşkil edəcək. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9738 lari təşkil edib.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0.0021 lari bahalaşıb.