Lari günü-gündən ucuzlaşmaqda davam edir – Rəsmi məzənnə açıqlanıb

Manshet İqtisadiyyat

Gürcüstanın milli valyutası lari ucuzlaşmaqda davam edir..

Nsa.ge xəbər verir ki, Gürcüstan Milli Bankının sentyabrın 4-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2.9683 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0.0017 lari bahalaşıb.

Avro isə əksinə qiyməti azalmaqda davam edir . Rəsmi məzənnəyə əsasən 1 avronun alış qiyməti 3. 2464 lari olaraq müəyyənləşib. Bu gün avronun lariyə qarşı məzənnəsi isə 3.2481 lari təşkil edib.