Lari rekord həddə ucuzlaşıb

İqtisadiyyat Manshet

Gürcüstanın milli valyutası lari rekord həddə ucuzlaşıb.

Nsa.ge xəbər verir ki, gün ərzində aparılan əməliyyatlar zamanı lari dollar qarşısında 7 tetri ucuzlaşıb.

Hazırda valyuta mübadiləsi məntəqələrində 1 dolların alışı 2,92 lari, satışı isə 2,95 lari təşkil edir. Kommersiya banklarında əməliyyatlarda isə 1 dolların satışı 2,90 lari, alışı isə 2,83 laridir.

Qeyd edək ki, ötən gün Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,8320 lari səviyyəsində müəyyən edib.

Yeni məzənnə bu gün saat 17:00-da elan ediləcək.