Lari yenidən ucuzlaşmağa başladı – rəsmi məzənnə açıqlanıb

Manshet İqtisadiyyat

Gürcüstanın milli valyutası olan lari ABŞ dollarına qarşı ucuzlaşmaqda yenidən davam edir.

Nsa.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da 7 avqusta müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar 2.9321 lariyə bərabər olub. Bu gün isə rəsmi məzənnə ilə 1 dolların alışı 2,8946 lari ilə həyata keçirilib.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən 1 avronun alış qiyməti 3.2840 lari olaraq müəyyənləşib. Bu gün avronun lariyə qarşı məzənnəsi isə 3,2312 lari təşkil edib.

Qeyd edək ki, Gürcüstanın Milli Bankının həraca çıxardıqı 40 mln. dollar larini sadəcə bir neçə gün stabil saxladı.

NSA.GE