Larinin ABŞ dollarına qarşı ucuzlaşması tendensiyası davam edir

İqtisadiyyat Manshet

Gürcüstanın milli valyutası olan lari yenidən ucuzlaşmağa başlayıb.

Nsa.ge xəbər verir ki, Gürcüstan Milli Bankının 25 iyula müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9010 lariyə bərabər olub. Ötən gün isə dolların lariyə qarşı məzənnəsi 2,8971 lari olub.

Xatırladaq ki, iyulun 9-da Gürcüstan milli valyutası olan lari tarixi minimuma enib. Kommersiya banklarında 1 dolların satışı 2,98 lari məzənnəsi ilə həyata keçirilib.