Levan Surquladze: “Pensiya fonduna 240 miliyon lariyə yaxın məbləğ toplanıb”

İqtisadiyyat Manshet

Bu günün məlumatlarına görə, bu ilin yanvar ayının 1-dən sonra pensiya sisteminə 805 min nəfər qeydiyyatdan keçib.

Nsa.ge Gürcüstanın ictimai kanalına istinadən xəbər verir ki, bu barədə Pensiya Fondunun direktoru Levan Surquladze deyib.

Onun sözlərinə görə, fondu tərk edənlərin sayı təqribən 10 faiz təşkil edir, lakin intensivlik azalıb.

“Bu islahatın həyata keçirilməsini təmin edən təşkilatın bütün sistem və quruluşları yaxşı işləyir. Bizdə 805 min nəfər var və hesab edirəm ki, bu, Gürcüstanda işləyən vətəndaşların demək olar ki, yüzdə 100-i, özünə işləyənlər demək deyil. Buna görə də, bu, çox yaxşı nəticədir, biz gözlənildiyimizdən də çox yaxşıdır “, – deyə Surquladze bildirib.

L. Surquladzenin sözlərinə görə, bu bu vaxta qədər pensiya fonduna təxminən 240 milyon lari yığılıb.