Baş nazir:”Rəqəmsal dəhlizin açılışını edəcəyik”

İqtisadiyyat Manshet

“Gürcüstanı və Bolqarıstanı  yaxın dostluq əlaqələri birləşdirir”.

Nsa.ge bildirir ki, bunu  Gürcüstanın baş naziri Mamuka Baxtadze Bolqarıstanda ölkənin baş naziri Boiko Borosovla görüşü zamanı deyib.

Onun sözlərinə  görə, Gürcüstan və Bolqaristan arasında ticari və iqtisadi əlaqələr uğurla davam edir.

Nazir son illərdə Bolqaristanın Gürcüstanın ticari partnyorları arasında ilk onluğa daxil olduğunu vurğulayıb.

Mamuka Baxtadze bu ölkə  ilə yeni layihəyə başlamaq üçün razılaşma əldə etdiklərini də açıqlayıb:

“Ümid edirəm ki, yaxın gələcəkdə Bolqarıstanı  Gürcüstan və Şərqi Qərb ilə birləşdirən rəqəmsal dəhlizin açılışını elan edəcəyik.  Bu, sadəcə bizim üçün deyil, bütün region üçün sərfəli olacaq”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir