Milli Bankdan ipoteka kreditləri ilə bağlı açıqlama

Manshet İqtisadiyyat

Məlum olduğu kimi, yanvarın 1-dən Gürcüstanda kreditlərlə bağlı yeni qaydalar  qüvvəyə mindi. Belə ki, məsələ ictimaiyyətdə bir çox  sualların yaranmasına səbəb oldu.

Əsas narahatlıq  isə  bu qaydalar çərçivəsində  2500 larilik aylıq gəliri olan şəxslər üçün ipoteka kreditini ala bilib, bilməməsi idi.

Nsa.ge məlumat verir ki, Milli Bank məsələ ilə bağlı açıqlama yayıb.

Bankın məlumatında qeyd edilir ki, əgər vətəndaşın və yaxud bir ailənin aylıq gəliri 2500 GEL-dirsə 60 kvadrat metrlik mənzilin alınması üçün onlara 15 illik kredit verilə bilər.

 “60 kvadrat metrlik mənzili almaq üçün 15 illik kredit, ayda 2500 lari gəliri olan ailəyə verilə bilər. Daha az kvadratlı mənzili isə, daha az gəliri olanlar da ala bilərlər”.

Milli Bank son zamanlar ipoteka kreditinin alınması şərtlərinin çətinləşdirildiyi iddiasına da cavab verib:

 “Kreditin götürülməsində uzun proses tələb edən sadəcə kredit alan şəxsin gəlirinin detallı şəkildə öyrənilməsidir. Əgər kredit almaq istəyən şəxsin formal və yaxud qeyri-formal konkret gəliri varsa, onun kredit götürməsində, heç bir çətinlik yoxdur”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir