Natia Turnava: “Lari kursu möhkəmlənəcək…”

İqtisadiyyat Manshet

“Larinin kursu möhkəmlənəcək, bu stabil bir tendensiyadır, hansı ki, yenə bir daha təsdiqlədi ki, analizimiz doğru idi”.

Nsa.ge xəbər verir ki, bu barədə İqtisadi İnkişaf Naziri Natia Turnava jurnalistlərə müsahibəsində bildirib.

Onun dediyinə görə, larinin kursu sünii şəkildə düşürülürdü və bunun nə dərin iqtisadi əsası nə də gələcəkdə larinin ucuzlaşması perspektivi yoxdur.

Nazir lari kursunun möhkəmlənməsi tedensiyasını proqnoz edir və milli valyutanın ucuzlaşmasının səbəbini açıqlayır.

“İyunun 20-də baş verən hadisələrlə bağlı bir çox spekulyasiya bəyanatları edildi, hansılar, onsuz da mövcud olan mənfi gözləntiləri daha da artırdı və bütün bunlar lari kursuna da öz təsirini göstərdi.Ancaq iqtisadiyyatımız onun əsasını veriri ki, lari yetəri qədər güclü və möhkəm bir valyutadır” – dedi Natia Turnava.

Nazir Gürcüstan vətəndaşlarını sakit olmağa çağırdı və larinin möhkəmlənməsi tendensiyasının artması üçün iqtidarın həyata keçirəcəyi tədbirlər haqqında danışdı.