Natiya Turnava: “Əgər Rusiya ilə uçuşlar bərpa olunsa, bazarımız üçün bu müsbət inkişaf olacaq”

Manshet İqtisadiyyat

“Əgər Rusiya ilə uçuşlar yaxın perspektivdə bərpa olunsa, bu müsbət siqnal və bazarımız üçün müsbət inkişaf olacaq”.

Nsa.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bu günkü hökumət iclasının başa çatmasından sonra deyib.

Natiya Turnavanın dediyinə görə, baxmayaraq ki, hakimiyyət turist sənayesi və mehmanxanalara maksimal olaraq dəstək oldu, mənfi tendensiya hələ də aradan qaldırılmayıb.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 26-da bəyan etdi ki, o, Gürcüstanla aviareyslərin bərpasının tərəfdarıdır. Elə onun dediyinə görə, Gürcüstan ilə aviareyslərin bərpası düzgün addım olacaq.

Qeyd edək ki, Rusiya Gürcüstanla aviareysləri iyulun 8-dən dayandırılıb.