Nazir: “Gürcüstanda makroiqtisadi göstəricilər sabitdir”

Manshet İqtisadiyyat

“Gürcüstanda makroiqtisadi göstəricilər sabitdir”.

Nsa.ge xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dolların məzənnəsi ilə bağlı vəziyyət qısamüddətli tərəddüddür: “Makroiqtisadi göstəricilər sabit olduğundan larinin uzunmüddətli ucuzlaşması gözlənilmir. Turizm sektoruna gəlincə, bu, yeni problemdir və larinin məzənnəsinə təsir edə bilər. Biz böhranın neytrallaşdırılması üzərində çalışırıq”.

Qeyd edək ki, “Bloomberg” platformasında hazırda 1 ABŞ dollarının dəyəri 2,8250 lari təşkil edir.

Gürcüstanda mübadilə məntəqələrində larinin ABŞ dollarına qarşı məzənnəsi 2,84 laridir. Milli valyuta avroya qarşı da ucuzlaşaraq 3,23 lari təşkil edib.

Gürcüstan Milli Bankının bu günə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,795 lari, 1 avro isə 3,188 laridir.