Nazir: “İnvestorlar arasında Gürcüstanla bağlı mənfi gözləntilər müşahidə olunur”

İqtisadiyyat Manshet

“Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərlə bağlı mənfi gözləntilər larinin ucuzlaşmasına səbəb olub”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava milli valyutanın dəyərdən düşməsini şərh edərkən bildirib.

Nazir deyib ki, Gürcüstanda makroiqtisadi mühit sağlam olaraq qalır: “Mənfi gözləntilər investorlar arasında da müşahidə olunur. Biz bu istiqamətdə mümkün qədər pozitiv mesajlar yaymağa çalışırıq. Sözsüz ki, siyasi qeyri-sabitlik investisiya mühitinin də qeyri-sabitliyinə səbəb olur və bu da valyutaların kursunda əks olunur”.

N.Turnava qeyd edib ki, siyasi proseslərin sabitləşməsi larinin kursunun daha tez sabitləşdirilməsinə kömək edəcək.

Qeyd edək ki, iyulun 8-dən Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağadan sonra ölkədə milli valyutanın dollara qarşı ucuzlaşması davam edir. Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9010 lari təşkil edir. Ötən günlə müqayisədə dolların lariyə münasibətdə qiyməti 0,0039 lari artıb.