Pensiyə sistemini 2915 nəfər tərk edib

İqtisadiyyat Manshet

Pensia agentliyinin rəhbəri Levan Surquladzenin açıqlamasına görə, təqaüd sistemini artıq 2915 nəfər tərk edib. Onlardan çoxu dövlət sektorunda çalışan vətəndaşlardır.

Nsa.ge on.ge-ə istinadən xəbər veriri ki, təqaüd sistemini tərk edənlər 40 yaşdan yuxarı vətəndaşlardır ki, onların pensiya sistemindən çıxıb çıxmamağa görə seçim etmə hüquqları var.

Levan Surquladzenin məlumatına görə, sxemə 747 774 nəfər qoşulub. Buradan 187 472 dövlət sektorunda, 581 439 isə özəl sektorda çalışanlardır. İki sektorda çalışanların sayı 21 137 təşkil edir.

Levan Surquladzenin qeyd etdiyinə görə, bu sxemdən çıxma hüququna malik olanların sayı 294 852 – dir. Buradan da özəl sektorda çalışan vətəndaşların sayı 228 006 , dövlət işində çalışanların sayı isə 78 047 təşkil edir. Cəmdə isə dövlət və özəl sektordan 11 201 işçi sistemdən çıxdığı qeydə alınıb.

Surquladzenin dediyinə görə, fondda hal – hazırda məbləğ 145 573 875 larini təşkil edir.

Pensia agentliyinin direktoru Levan Surquladze parlamentə agentliyin iş fəaliyyətinin 100 gününün hesabatını təqdim edir.

Pensiya toplama

Təqaüd toplama sistemi 2019 cu ilin Yanvarından fəaliyyətə başlayıb. 40 yaşınadək işlə təmin olunan vətəndaşların bu sistemə qoşulmaları məcburidir.

İşçinin təqaüd hesabına hər ay onun maaşından 6 % köçürülür.

Belə ki, qanuna əsasən, 2 % işçinin maaşından azalır, 2 % işə götürən və qalan 2 % ni isə dövlət ödəyir.

Agentliyin rəhbəri 50 yaşlı Levan Surquladzenin bu sxemə qoşulma öhdəliyi yoxdur. Onun maaşı isə 15 min laridir.

NSA.GE