Saakaşvili turistləri Gürcüstana cəlb etmək üçün kampaniyaya başlayıb

Manshet İqtisadiyyat

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Gürcüstanda istirahət” kampaniyasına qoşulmaq qərarına gəlib.

Nsa.ge xəbər verir ki, Saakaşvili televiziya çıxışlarında Ukraynalıları Gürcüstanda istirahət etməyə çağıracağını deyib.

“İvanişvili vəzifəsini yerinə yetirə bilmədikdən sonra və gürcülərə rus çəkməsini sevdirə bilmədikdən sonra Putin gürcülərə embarqo elan etdi. Mən Ukraynalı aviaşirkətlər və turoperatorlar ilə görüşlərə başlayıram, Televiziya çıxışlarımda Ukraynalıları Gürcüstanda istirahət etməyə çağracam”, – Saakaşvili deyib.

Qeyd edək ki, Gürcüstanlı İnternet istifadəçiləri “Gürcüstanda istirahət” kampaniyasını başladıblar. Onlar turistləri Gürcüstanda istirahətə çağırırlar. Bu, kampaniyanın məqsədi Rusiya hakimiyyətinin iyulun 8-dən etibarən Gürcüstana uçuşları qadağan etməsidir.

Mənbə: Georgia Online