SOCAR Gürcüstanda yanacağın satışını artırmaq istəyir

İqtisadiyyat Manshet

SOCAR Gürcüstanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri (YDM) vasitəsilə 2019-cu ildə 160 mln. litrdən çox yanacaq satmağı planlaşdırır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 9% çoxdur.

Bu barədə Nsa.ge Azərbaycan mediasına istinadən məlumat verir.

Məlumata görə, 2018-ci ildə YDM-lər vasitəsilə Gürcüstan ərazisində 147 mln. litrdən çox yanacaq realizə edilib.

Hazırda Gürcüstanda SOCAR brendi altında 110-dan çox yanacaqdoldurma məntəqəsi (YDM və QDM) fəaliyyət göstərir.

“Şirkətin pərakəndə bazar payı təqribən 16%-dir”, – deyə məlumatda qeyd edilib.

NSA.GE