Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Dünya İqtisadiyyat

Türkmənistan Rusiyaya təbii qaz nəqlini bərpa edib.

Nsa.ge Report-a istinadən bildirir ki, eyni zamanda, “Qazprom” şirkəti də Türkmənistandan qaz nəqlinin bərpa olunduğunu təsdiq edib.

Tədarüklər 2003-cü ildə “Qazprom” və “Türkmənqaz” şirkətləri arasında imzalanmış mövcud 25 illik müqavilə çərçivəsində bərpa olunub.

“Qazprom” 2016-cı ildən Türkmənistanda qaz alışını dayandırıb və bunu “müqavilə fasiləsi” adlandırıb. Rusiya şirkətini qiymət qane etməyib və “Türkmənqaz”la qiymətin aşağı salınması barədə razılıq əldə etmək mümkün olmayıb. 2015-ci ilin ortasında “Qazprom eksport” arbitraj məhkəməsində iddia qaldıraraq, 2010-cu ildən qazın dəyərinin yenidən nəzərdən keçirilməsini tələb edib.

2018-ci ilin oktyabr və noyabrında “Qazprom” rəhbəri Aleksey Miller qazla bağlı danışıqlar aparmaq üçün Aşqabada səfər edib. Cari ilin martında isə məlum olub ki, “Qazprom” türkmən qazının alışını bərpa etmək niyyətindədir.

Alınan qazın həcmi və dəyəri barədə məlumat verilmir.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir