Xarici ölkələrdə Gürcüstan suyuna tələbat hər il artır-Statistika

İqtisadiyyat Manshet

Gürcüstandan mineral və şirin suyun ixracının artması ilə paralel olaraq yerli şirkətlərin bir hissəsi əlavə bazar axtarışına başlayıblar.

Şirkət nümayəndələrinin açıqlamalarına görə, xarici ölkələrdə gürcü suyuna tələbat hər il artır.

Nsa.ge Bpn.ge-yə istinadən xəbər verir ki, 2019 cu ildə 27,233 mln litr (17,851mln dollar) məhsulun ixracı baş tutub.Bu isə keçən illə müqayisədə 31% çoxdur.

2018 ci ildə yanvar- fevral ayında ölkədən bütünlükdə 20, 798 mln litr ( 13,741 mln dollar) mineral və şirin su ixrac edilib.

İllik göstəricilərə gəldikdə isə,2017 ci ildə cəmdə 147,223 mln litr mineral və şirin su ixrac edilib ki, buda 95,776 mln dollar deməkdir. 2018 ci ildə isə 172,006 mln litr çıxıb ki buda 110,176 mln dolları təşkil edir.

NSA.GE