Baş nazir: “Gürcüstan diplomları Avropa İttifaqında da qəbul ediləcək”

Manshet Mədəniyyət

“Ali Təhsil Keyfiyyətinin Avropa Təminat Mərkəzinə (ENQA) üzv olmaq Gürcüstanın təhsil sistemi üçün tarixi hadisə və ölkəmizin ən böyük nailiyyətlərindən biridir”.

Nsa.ge bildirir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

Onun sözlərinə görə, Gürcüstan Avro-inteqrasiya yolunda daha bir əhəmiyyətli və prinsipli məqsəd müəyyən edib:

“Biz bütün önəmli istiqamətlərdə Avropa ailəsinə yaxınlaşacağıq və bu təhsilə də aiddir. ENQA-nın üzvü olmaq ölkəmizin təhsil sahəsi üçün tarixi bir qərardır. Biz daha öncə də elan etdik ki, təhsil ölkəmizin əsas gücü olmalıdır” .

Baş nazir Gürcüstanın bütün praktiki mexanizmlərinin olacağını vurğulayıb:

“Gürcüstanda aili təhsil müəssisələri bütün Avropa meyarlarını qane etməlidir və bu da deməkdir ki, Gürcüstanda verilən diplomlar Avropa İttifaqında da qüvvədə olacaq”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir