David Qareci məsələsi üzrə, Patriarxlıqda Azərbaycan səfiri və QMİ nümayəndəsi ilə görüş keçirilib

Manshet Mədəniyyət

Gürcüstan Patriarxlığının mətbuat xidmətinin rəhbəri, Ata Andria Cağmaidzenin bəyan etdiyinə görə, mayın 4 və 5-də Patriarxlıqda Azərbaycan səfiri Dursun Həsənəv və Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin nümayəndəsi, Əli Əliyev ilə görüş keçirildi. Görüşdə David Qareci məsələsini müzakirə etdilər.


“Patriarxlıq David Qareci monastrı ilə bağlı problemlərin həllinə fəal qoşulmuş olacaq. Mayın 4 və 5-də Patriarxlıqda Azərbaycan səfiri Dursun Həsənəv və Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin Paşa Zadənin nümayəndəsi, Əli Əliyev ilə görüş keçirildi. Görüşdə David Qareci məsələsi müzakirə olundu. Söhbətdə xüsusi ilə qeyd olundu ki, iki ölkə arasında olan dost əlaqələrinə qayğı göstərmək lazımdır və vəziyyətin gərginləşdirilməsi yolverilməzdir. David Qareci gürcü müqəddəsliyidir və yaranan problemin qisa zamanda həlli lazımdır”, – Andria Cağmaidze tərəfindən “feysbuk” sosial şəbəkəsi vasitəsi ilə yaydığı məlumatda deyilir.

NSA.GE