Gürcü diplomları Avropda da tanınacaq

Manshet Mədəniyyət

“Gürcü diplomlarının Avropada qəbul edilməsi tarixi qələbə və müvəffəqiyyətdir”

Nsa.ge bildirir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

Onun sözlərinə görə, gürcü diplomu Avropada qəbul ediləcək və bu da deməkdir ki, tələbələr öz vətənlərində Avropa keyfiyyətli təhsil ala biləcəklər:

“ Təhsil almaq üçün dünyanın müxtəlif universitetlərinə getmək məcburiyyətində olmayacaqlar. Dövlət strategiyamız odur ki, Gürcüstanı regionun təhsil mərkəzinə çevirək”.

Baş nazir qeyd edib ki, indiyə qədər təhsilə  sector ən az maliyyə ayrılan sahələrdəndir:

“Gürcüstanda son 10 ildə vəziyyəti nəzərə alsaq, təhsil sahəsində yaranan problemlərin səbəbi odur ki, bir sektor olaraq, təhsil sahəsinə ən az maliyyə resursları ayrılırdı və az diqqət yetirilirdi. Əgər hansısa sektoru prioritet kimi qəbul ediriksə, ona büdcə də də prioritetə uyğun ayrılmalıdır”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir