İqtisadiyyat naziri: “Marneulidə çox vətənpərvər insanlar yaşayır”

Manshet Mədəniyyət

“Marneuli Kvemo Kartli bölgəsinin ən fərqli rayonudur və burada çox zəhmətkeş və çox vətənpərvər insanlar yaşayır”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Marneulidə Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, 26 may Gürcüstanın bütün vətəndaşlarını birləşdirən gündür.

Qeyd edək ki, Marneuli rayonunda Müstəqillik gününə həsr olunmuş tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri, Marneuli rayon rəhbərliyi, yeni seçilmiş icra başçısı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

NSA.GE