Marneulidə Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd olunub

Manshet Mədəniyyət

Bu gün Marneulidə Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Nsa.ge məlumat verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisidəki Nəriman Nərimanov adına muzeyin birgə təşkilatçılıqı ilə baş tutan tədbirdə ilk öncə Nəriman Nərimanovun büstü önünə ziyalılar və gənclər  gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru  Aygül İsayeva bildirib ki,  N. Nərimanov hər bir azərbaycalının fəxr etdiyi şəxsiyyətdir.

Oun sözlərinə görə, N.Nərimanovun Marneulidəki heykəlinin yerləşdiyi parka və mədəniyyət evinə böyük ictimai xadimin adının rəsmən verilməsi barədə rayon rəhbərliyinə müraciət olunub: “Ümid edirik ki, gələn il Nəriman Nərimanovun anadan olmasının 150 illiyi çərçivəsində buna nail olunacaq”.

Tədbirin məqsədinə gəlincə isə İsayeva bildirib ki, görə, tarixi faktalarla əsasən gənclərə doğru məlumat vermək üçün belə yığıncaq  təşkil edilib.

“Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı çıxışında  Nəriman Nərimanovun həyat və fəaliyyətini diqqətə çatdırıb.

Onun sözlərinə görə, N. Nərimanovun həyatı  zidiyyətli və çətin dövrü əhatə edib.

Xansultanlı N. Nərimanovun Azərbaycan xalqı üçün etdiklərini xatırladıb:

 “N. Nərimanov unudulmağa layiq olmayan Azərbaycanın böyük bir övladıdır.  Borçalıda yaşayan azərbaycanlılar  olaraq bu missiyanı layiqincə davam etdirəcəyik.  Apreli “Nərimanov ayı”,  “ Nərimanovun xatirə günü”  kimi yaşatmağa borcluyuq”.

O, vurğulayıb ki, görkəmli ictimai-siyasi xadimin Gürcüstan azərbaycanlılarının qəlbində yeri əbədi olaraq möhkəmdir.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin idarə heyətinin sədri Murad Muradov  isə bir müddət öncə Marneulidə N.Nərimanovun adını daşıyan park və mədəniyyət evindən ədibin adının götürüldüyünü xatırladıb:

“İllər öncə parkdan və mədəniyyət evindən N. Nərimanovun adı götürüldü. N.Nərimanovun 150 illiyini sadəcə Marneulidə bir parkda yerləşən büstünün önündə yox, məhz onun adını daşıyan parkda, eləcə də N.Nərimanovun adına ev müzeyində qeyd etmək ən böyük arzumuzdur”.

Xatırladaq ki, N.Nərimanov 1870-ci ilin aprelin 14-də Tbilisi şəhərində anadan olub. O, bir neçə il Marneuli rayonunun Qızılhacılı kəndində müəllim və həkim kimi fəaliyyət göstərib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir