Etirazçılar tələblərin yerinə yetirilməsi üçün hökumətə vaxt verdilər

Manshet

Tbilisidə ötən gün saat 19:00-dan etibarən parlamentin qarşısında keçirilən aksiyaya hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisinin qarşısında yekun vurulub.

Nsa.ge xəbər verir ki, etirazçılar partiya qərargahı qarşısında Gürcüstanın dövlət himnini oxuyublar və daha sonra tələblərini səsləndiriblər.

Tələblərin yerinə yetirilməsi üçün hökumətə bu gün saat 14:00-a qədər vaxt verilib. Əks halda, parlament qarşısında növbəti etiraz aksiyası keçiriləcək.

Qeyd edək ki, etirazçılar Daxili İşlər Naziri Giorgi Qaxarianın istefası, iyunun 20-də keçirilən aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.