AB: Gürcüstan Avropa Birliyinə qoşulmaq üçün islahatlar etməlidir

Manshet Siyasət

Məlum olduğu kimi, Böyük Britaniya Avropa İttifaqı  üzvlüyündən çıxmağa hazırlaşır. Uzun müddətdir məsələ ilə bağlı mübahisələr davam edir.

Bu yaxınlarda Gürcüstan prezidenti Salome Zurabishvili mediaya müsahibəsində bildirib ki, “Brexit” Gürcüstanın Avropa Birliyinə qoşulması üçün şansdır. Yəni, bununla da prezident Gürcüstanın Avropa Birliyinə üzvü olmaq istədiyini elan etmiş oldu.

Prezidentin bu açıqlaması Gürcüstanda həm siyasətçilər, müxtəlif sahələrdən olan eskpertlər, həm də xalq tərəfindən birmənalı qarşılanmayıb.

Əksər ekspetlər qeyd edir ki,  Gürcüstan buna nə iqtisadi, siyasi, hətta hərbi infrastruktur baxımından hazır deyil.

Maraqlıdır ki, Avropa Birliyi bu haqda nə düşünür? Görəsən, Gürcüstan Birliyə üzv olmaq üçün tələbləri ödəyirmi ? Elə bu suallarla Avropa İttifaqının Gürcüstandakı səfiri  Carl Harcellə  müraciət etdik.

Tələbələrlə görüşü zamanı əməkdaşımızın suallarını cavablayan Harcell bu məsələyə də münasibət bildirib.

Onun sözlərinə görə, “Brexit” Gürcüstanın Avropa Birliyinə qoşulması üçün imkandır. Səfir “Brexit”dən sonra əlverişli şəraitin yaranacağının hələlik sual altında olduğunu deyib.

Carl Harcell Gürcüstanın Avropa Birliyinə qoşulması üçün islahatlar keçirməli olduğunu vurğulayıb. Belə ki, səfir hazırda Gürcüstanın sahib olduğu imkanlarını inkişaf etdirməyi məsləhət görür.

O, Avropa Birliyinin üzvlüklə bağlı müxtəlif ölkələrdə qarşılaşdıqları problemləri  diqqətə çatırıb.  Səfirin sözlərinə, Avropa Birliyinə üzv olmaq istəyən ölkələr tələb edilən qaydalara cavab verməlidir.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =