ABŞ Dövlət Departamenti Rusiyaya yenə bir daha müraciət edib

Manshet Siyasət

Amerika Birləşmiş Ştatları, Rusiyaya yenə bir daha müraciət edirik ki, Gürcüstan ərazisinin 20 faizinin işğalını dayandırsın.

Nsa.ge xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus keçirdiyi brifinqdə verib.

Onun dediyinə görə, ABŞ Ququtiantkaridə, Rusiya tərəfindən dəstəklənən de-fakto iqtidarın həyata keçirdiyi sünii borderizasiya prosesini narahatçılıqla izləyir”

“Borderizasiya prosesi həmin ərazidə yaşayan insanlar üçün ciddi problemlər yaradır, onların torpaq sahələri və ailələri hissələrə bölünür. Biz yenə də ümid edirik ki, bu qeyri-qanuni borderizasiya prosesi dayandırılacaq.

Rusiyaya yenə bir daha müraciət edirik ki, Gürcüstan ərazisinin 20 faizinin işğalını dayandırsın, əsgərlərini ərazidən çıxardsın və münaqişədən öncəki vəziyyətə qaytarsın və həmçinin, 2008-ci ilin 12 avqust razılaşmasına əsasən, əraziyə humanitar yardımın buraxılmasına imkan versin” – dedi ABŞ Dövlət Departamentinin mətbuat katibi.