ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə namizəd məlum olub

Siyasət

ABŞ prezidenti Donald Tramp ölkənin Gürcüstandakı səfir postuna Kelli Deqnanın (Kelly C. Degnan) namizədliyini irəli sürüb.

Nsa.ge eport-a istinadən xəbər verir ki, K.Deqnan hazırda ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərliyinin Avropa və Afrika üzrə siyasi məsləhətçisidir.

Səfir vəzifəsinə namizədin diplomatik missiyalarda 25 illik iş təcrübəsi var. K.Deqnan ABŞ-ın Türkiyədəki səfirliyində siyasi müşavirin müavini vəzifəsində də çalışıb. K.Deqnanın namizədliyini ABŞ Senatı dəstəkləməlidir.

Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfir postu 2018-ci ilin martından vakant qalıb. 2015-2018-ci illərdə bu vəzifəni Yan Kelli tutub.