Acarıstanda seçkilərin proporsional qaydada keçirilməsi tələb olunur

Manshet Siyasət

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) Ali Şurasına seçkilərin proporsional seçki sistemi ilə keçirilməsi tələb olunur.

Nsa.ge xəbər verir ki, muxtar respublikanın 8 müxalifət partiyası bununla bağlı birgə müraciət imzalayıb.

Müxalifətçilər bildiriblər ki, onlar təşəbbüsün nəzərə alınması üçün qanunvericiliyin tələb etdiyi 20 min imza da toplamağa hazırdırlar.

MR-in Ali Şurasının sədri Davit Qabaidze proporsional seçki sisteminə keçidlə bağlı müxalifət partiyaları ilə müzakirəyə hazır olduğunu bildirib.

Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının qərarı ilə 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional qaydada keçiriləcək.