Adil Əliyev Marneuli merinin məsləhətçisi təyin edilib

Manshet Siyasət

Marneuli meri Adil Əliyevi Marneuli merinin məsləhətçisi təyin etdi.

Nsa.ge-nin xəbərinə görə, bu barədə Marneuli meri Zaur Darğallı öz şəxsi “Facebook” səhifəsində yazıb.

Z. Darğallı qeyd edib ki, gənclər sahəsinin inkişaf etdirilməsi və dəstəklənməsi məqsədilə əslən Marneulidən olan A. Əliyev merin gənclərlə iş üzrə məsləhətçisi təyin olunub.

“Mənim seçki proqramımın prioritetlərindən biri gənclər sahəsini inkişaf etdirməkdir. Buna görə də komandamız bu məsələ üzərində fəal şəkildə çalışır. Bu sahədə, irəliyə doğru bir sıra addımlarımız var. Artıq iki aydır ki, özünüidarəetmə prosesində fəal iştirak edən “Marneuli könüllüləri”- adlı könüllülər qrupu yaradılıb.

Mən gənclərin qarşısında böyük məsuliyyət daşıyıram, çünki cəmiyyətin bir hissəsi kimi, hadisələri ən səmimi və obyektiv qiymətləndirənlər məhz gənclərdir.

Bütün bunları nəzərə alaraq, gənclər sahəsinin inkişaf etdirilməsi və dəstəklənməsi üçün, bu gündən etibarən, Gənclərlə Ünsiyyət sahəsində mənim məsləhətçim vəsifəsinə, əslən Marneulidən olan gəncimiz – Adil Əliyev təyin edildi. Adil – fəal, təşəbbüslü və ən əsası zəhmətkeş gəncdir, mən onun həvəsinə, təcrübəsinə və yüksək məsuliyyət hissinə güvənərək, Marneulinin gənclər sahəsini inkişaf etdirəcəyinə və daha yaxşı ideyaları həyata keçirəcəyinə əminəm” – Z. Darğallı öz şəxsi facebook səhifəsində yazır.