Aleksandr Lukaşenko Giorgi Marqvelaşvili ilə görüşdü – VİDEO

Manshet Dünya Siyasət

Belarus prezidenti, Aleksandr Lukaşenko Gürcüstanın keçmiş prezidenti, Giorgi Marqvelaşvili ilə görüşüb.

Nsa.ge-nin məlumatına görə, bu barədə məlumatı “Belta” Belarus agentliyi yayıb.

Belarus liderinin qeyd etdiyinə görə, Belarusun gürcü xalqına qarşı həmişə hörməti var idi.

Görüşdə Gürcüstanda Belarus məhsulu məsələsi müzakirə olundu. Giorgi Marqvelaşvili qeyd etdi ki, “Belarusda hazırlanıb” yazısı məhsulun yaxşı keyfiyyətinə işarə edir, Gürcüstanda xüsusilə süd məhsullarına dəyər veririrlər.

Giorgi Marqvelaşvili Belarus liderinə, Minskdə “Tbilisoba” bayramının miqyaslı təşkil edilməsinə görə minnətdarlığını bildirib.