Anakliya limanının inşaatı müzakirə e edilib

İqtisadiyyat Siyasət

Anakliya limanının inşaatı ilə bağlı danışıqlar keçirildi.

Gürcüstanın vitse-premyeri, Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvili “Anaklianın inkişaf konsorsiumunun” və Avropa Rekonstruksiya və İnkişaf Bankının Nümayəndələri ilə görüşüb.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, görüşdə “Anaklia İnkişaf Konsorsiumunun” təsisçisi Mamuka Xazaradze və Badri Caparidze də iştirak edib.

Məlumata görə, tərəflər Anaklianın dəniz limanı layihəsi ilə bağlı problemli məsələləri müzakirə edib. Görüş zamanı danışıqların növbəti mərhələsi də planlaşdırılıb.

Qeyd edilin ki, növbəti görüş mayın sonunda keçiriləcək.

NSA.GE