Angela Merkel Giorgi Qaxariyanı baş nazir seçilməsi münasibətilə təbrik edir

Siyasət

Almaniya kansleri Angela Merkel Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edir.

Nsa.ge xəbər verir ki, təbrik məktubu Almaniya hökumətinin rəsmi vebsəhifəsində yazılıb.

“Cənab baş nazir, baş nazir vəzifəsinə təsdiq olunmanız münasibətilə sizi təbrik edirəm. Sevinirəm ki, ölkələrimiz arasında əlaqələr daimə inkişaf edir. Bu, nəticəyə orientirləşdirilmiş əlaqələrə aiddir. Almaniya yenə də Gürcüstana demokratik və konstitusional strukturlarının gələcək inkişafında yardım etməyə hzırdır. Məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram”, – Angela Merkelin təbrik məktubunda deyilir.