Angela Merkel siyasətdən gedir

Manshet Dünya Siyasət

Almaniya kansleri Angela Merkel 2021-ci ildən sonra siyasətdən getməyi planlaşdırdığını bildirib.

Nsa.ge xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Kanslerin sözlərinə görə, həmin müddətdən sonra heç bir siyasi post tutmamaq niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Merkelin yaxın gələcəkdə Avropa İttifaqında rəhbər vəzifə tuta biləcəyini bildirmişdi.