Arçil Talakvadze: “Davit Qareci ilə bağlı növbəti razılaşmalarımız irəlidədir”

Manshet Siyasət

“Davit Qareci kompleksinə din xadimlərimizin buraxılması yaxşıdır və bu məsələ ilə bağlı yeni razılaşmalarımız irəlidədir”.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbət zamanı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze deyib.

Parlamentin sədri baş nazirin Azərbaycana səfərini dəyərləndirərkən bildirdi ki, səfərin konkret nəticəsi var.

“Baş nazir və Gürcüstan iqtidarı Davit Qareci məsələsi ilə bağlı ciddi addımlar atırlar. Bu məsələ Gürcüstan-Azərbaycan arasında iki tərəfli əməkdaşlıq formatında, danışıqlar vasitəsi ilə həll olunmalıdır və bu istiqamətdə konkret addımlar atılıb.

Görünür ki, Giorgi Qaxarianın Azərbaycana səfərinin konkret nəticəsi oldu. Bu müsbət tendensiyayı qoruyacağıq və sonunda optimal nəticəyə nail olacağıq. Bu mərhələdə dini xadimlərimizin Davit Qareciyə buraxılması çox yaxşıdır və gələcəkdə yeni razılaşmalarımız da olacaq.

Davit Qareci mövzusunun bizim üçün milli dəyəri var. Bütün ictimaiyyətimiz və kilsə bu məsələ ilə bağlı höküməti dəstəkləyir” – dedi Arçil Talakvadze.

Xatırladaq ki, Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da rəsmi səfərlə Azərbaycana getmişdi.

Səfər başa çatdıqdan sonra, hökümət iclasında baş nazir bəyan etdi ki, Davit Qareci kompleksinin qapıları artıq gürcü dindarları üçün açıqdır.