Arçil Talakvadze seçki Məcəlləsində dəyişiklikləri təqdim etdi

Manshet Siyasət

“Partiyaların maliyyələşdirilməsi sistemi daha ədalətlli və obyektiv model ilə əvəz olunacaq”.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə Parlamentin sədri, Arçil Talakvadze seçki qanunvericilik islahatı işçi qrupu ilə görüşədək keçirilən brifinqdə bildirib.

Parlamentin sədri seçki qanunvericiliyinə hazırlanmış dəyişikliklər layihəsini təqdim edib.

“Qarşıdakı dəyişiklikləri təqdim edirik: 2020-ci ildən seçkilər proporsional qayda və sıfır baryer ilə keçiriləcək; ikincisi – partiyaların maliyyələşdirilməsi sistemi daha ədalətlli və obyektiv model ilə əvəz olunacaq. Bir mandat belə əldə edən partiya, seçkilərdə topladığı səslərə müvafiq olaraq maliyyələşdirmə alacaq.

Üçüncüsü – Parlamentə düşən partiyanın siyahısında, hər üçlükdə bir fərqli cinsli namizədi olacaqsa, daha 30 faizlik əlavəni alacaqdır”, – Arçil Talakvadze bəyan etdi.

Bununla yanaşı, Parlamentin sədrinin dediyinə görə, pulsuz ümumi vaxt partiyalar arasında ədalətli, bərabər şəkildə bölüşdürüləcəkdir. Bir partiya tərəfindən öz vaxtını başqa partiyaya verməsi yolverilməz olacaq.

Onun dediyinə görə, seçkiqabağı kampaniyanın maliyyələşdirilməsinin nəzarəti daha effektli və şəffaf olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir