ATƏT PA-nın sessiyasında Gürcüstanla bağlı qətnamə müzakirə olunacaq

Manshet Siyasət

4-8 iyul tarixlərində ATƏT Parlament Assambleyasının (PA) Lüksemburqda keçiriləcək yay sessiyasında Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə müzakirə ediləcək.

Nsa.ge xəbər verir ki, bu barədə ATƏT PA-nın prezidenti Georgi Tsereteli məlumat verib.

O bildirib ki, sessiyada “Parlamentlərin təhlükəsizlik və davamlı inkişaf məqsədlərində rolu” adlı qətnamənin qəbul olunması gözlənilir.

Sessiyada Abxaziya və Cənubi Osetiyada təhlükəsizlik və insan hüquqları sahəsində vəziyyət müzakirə ediləcək.