Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava dindirilmə üçün məhkəməyə gedib

Siyasət

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən biri Gigi Uqulava dindirilmə üçün məhkəməyə gedib.

Nsa.ge xəbər verir ki, müxalifətçi hakim qarşısında iyunun 20 və 21-də Tbilisidə baş verən hadisələrlə bağlı ifadə verəcək.

Qeyd edək ki, ötən həftə G.Uqulava və digər müxalifətçilər Gia Baramidze və İrakli Okruaşvili dindirilməyə çağırılsalar da, sorğu-sual olunmaqdan imtina ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətçilərin hakim qarşısında dindirilməsi ilə bağlı məhkəməyə müraciət edib. G.Baramidze ötən həftə dindirilib.