Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi keçirilir

Dünya Siyasət

Gürcüstanın polkovnik Besik Kutateladze adına Sakxhere Dağ Təlim Məktəbində dağ yay təlimi kursu keçirilir.  

Nsa.ge-nin Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində keçirilən təlimdə 3 yerli və 13 əcnəbi hərbçi iştirak edir.  

Dağ təliminin bir hissəsi olaraq hərbçilər Katz yaxınlığında müxtəlif praktik məşğələlər keçirirlər. Hərbçilərə təbii divara dırmanma, çaydan keçərkən maneələri dəf etmə, evakuasiya işi təşkil etmə və tibbi qaydalar öyrədilir. İştirakçılar kursu bitirdikdən sonra sertifikatlar və döş nişanları ilə təltif ediləcəklər.  

Qeyd edək ki, təlim sentyabrın 16-da başa çatacaq.