Azərbaycan XİN Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır

Dünya Manshet Siyasət

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır.

Nsa.ge xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in yaydığı bəyanatda öz əksini tapıb. 

Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır.