Azərbaycanda üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirilir – FOTO

Dünya Manshet Siyasət

Azərbaycanın Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.

Nsa.ge ONA-ya istinadən xəbər verir ki, görüş Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunub. Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda brifinq keçiriləcək.

Nazirlər görüşdən əvvəl Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarı və “Əbədi məşəl” abidəsi önünə gül dəstələri düzüblər.

Sonra hər üç ölkənin müdafiə naziri ümummilli  Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət ediblər.