Azərbaycanın Baş naziri Giorgi Qaxarianı təbrik edib

Siyasət

Azərbaycanın Baş naziri Novruz Məmmədov Giorgi Qaxarianı Gürcüstanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Nsa.ge Apa-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədovun “Twitter” səhifəsində qeyd olunub.

“Giorgi Qaxarianı Gürcüstanın Baş naziri təyin olunması münasibətilə təbrik edirəm. Azərbaycan və Gürcüstanı dostluq münasibətləri bağlayır. Dost Gürcüstan xalqının firavanlığı naminə ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, – dryə Azərbaycanın Baş naziri bildirib.