Azərbaycanlı gənc parlamentdə üzv seçildi

Manshet Siyasət

Azərbaycanlı gənc Avropaya inteqrasiyası ilə bağlı 180 nəfərlik layihədə 2-ci yerə sahib olub.

Nsa.ge olaraq 2-ci yerə layiq görülən Təmkin Nağıyev ilə ətraflı söhbət etdik

Onun sözlərinə görə, layihə parlamentdə gənclərin siyasi baxışlarının formalaşması, onların debatlarda, “dəyirmi masa”larda iştirakı, təcrübə keçməsi, müvafiq dərslər alması və Avropaya inteqrasiyası ilə bağlıdır.

Belə ki, layihənin seçim turunda gürcülərlə yanaşı, gürcüstanlı azərbaycanlılar da iştirak ediblər.

Öyrənirik ki, parlamentin yerli özünüidarəetmə komitəsində gənclərlə iş üzrə yaradılmış bölməyə Təmkin Nağıyev üzv seçilib.

Onu da xüsusi vurğulayaq ki, o, bu vəzifəyə seçilən ilk azərbaycanlı gəncdir.

Azərbaycanlı gənc bundan sonrakı fəaliyyət barədə də ətraflı məlumat verib:

“Prosedura əsasən 10 nəfərlik qrupa rəhbərlik edəcəm. Regionlarda gənclərin vəziyyətini, onları maraqlandıran məsələləri öyrənmək və parlamentin komitə iclaslarında səsləndirməyi planlaşdırıram. Qeyd etdiyimiz bölmə gənclərlə diaspor quruculuğu və gənclərin parlamentdə təcrübə keçməsi ilə bağlı fəal iş aparacaqlar. Ümumilikdə isə 180 gəncin parlamentdə təcrübə keçməsini nəzərdə tutan layihə 1 il davam edəcək”.

Təmkin Nağıyev onu da əlavə edib ki, layihənin əsas məqsədi aktiv və savadlı gənclərin özlərini inkişaf etdirməsinə, mandat almasına və Avropa parlamentində 10 günlük təcrübə qazanmalarna köməklik etməkdir.

Onu da bildirək ki, Təmkin Nağıyev layihədə 30 bal qiymətləndirmədən 28 bal toplayıb.

Qeyd edək ki, layihənin rəhbəri Tika Surmanidzedir.

NSA.GE