Bakıda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək

Dünya Manshet Siyasət

Sentyabrın 2-də Azərbaycanın paytaxtı Bakıda Gürcüstan, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır.

Nsa.ge-nin məlumatına görə, bu haqda Qafqazinfo Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.