Baş nazir: “Giorgi Kobulia ilə heç bir problemim yoxdur”

Manshet Siyasət

Baş nazir Mamuka Baxtadze iqtisadiyyat naziri Giorgi Kobulianin vəzifədən getməsini şərh edib.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, jurnalistlərin suallarını cavablayan nazir ölkəyə tez və operativ qərarlar lazım olduğunu deyib.

Onun sözlərinə görə, Giorgi Kobulia iıə heç bir problemi yoxdur və özü ilə müzakirədən sonra istefasına imzalayıb:

“Onunla dünən görüşdüm və bugün də hökümət iclasından sonra yenə görüşəcəm. Giorgi Kobulia ilə heç bir problem yoxdur. O “Makkenzi” şirkətinin partnyorudur. Artıq özü lazım olan açıqlamanı verib. Kabulianın istefası haqqında qərar isə, özü ilə söhbət nəticəsində verildi. Burada qeyri-adi nəsə yoxdur”.

Baş nazirin dediyinə görə, iqtisadiyyatın inkişafı və investisiyalar üçün çox operativ və effektiv bir idarəçilik lazımdır. Onun sözlərinə görə, hansısa nazir bu sürətdən geri qalmamalıdır.

“Yenə deyirəm, bu mərhələdə artıq heç bir kadr dəyişiklikləri müzakirə olunmur, ancaq, hansısa nazir hazırda davam edən inkişaf sürətindən geri qalsa, müvafiq qərar veriləcək” .

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fourteen =