Baş nazir Giorgi Qaxariya NATO-nun baş katibinin müavini Rouz Qotemiulleri qəbul edib

Manshet Siyasət

“NATO Gürcüstanda keçirilən demokratik islahatları dəstəkləyir”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxariya ilə görüşü zamanı NATO-nun baş katibinin müavini Rouz Qotemiuller bildirib.

Görüş zamanı, NATO-Gürcüstan əməkdaşlığı gündəminin bütün mühüm məsələlərinə, bölgə təhlükəsizliyi baxımından mövcud çağırışlara diqqət yetirilib və Demokratik institutların gücləndirilməsi və ədalət baxımından atılmış addımlar müsbət dəyərləndirildi.

Daha sonra, baş nazir NATO-ya Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinə görə minnətdarlığını bildirdi.