Baş nazir: “Gürcü xalqının adı ilə ABŞ-ın nümayəndələr palatasına təşəkkür etmək istəyirəm”

Manshet Siyasət

“Gürcü xalqının adı ilə ABŞ-ın nümayəndələr palatasına Gürcüstana dəstək aktı üçün təşəkkür etmək istəyirəm. Bu Gürcüstanla bağlı ilk qanunlayihədir, hansı ki, bizim partnyorluğumuzu yeni səviyyəyə çıxardacaq”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri öz rəsmi “Tvitter” səhifəsindən yazıb.

“Amerika Birləşmiş Ştatları bizim ən yaxın partnyorumuzdur. Gürcüstana dəstək aktı ABŞ və Gürcüstan arasında müdafiyə, iqtisadiyyat və kibertəhlükəsizlik sahələrindəki əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir. ABŞ-la daha sıx əməkdaşlıq Gürcüstana təhlükəsizliyini qorumaq üçün yardım edəcək” – deyə Baş nazir yazır.

Xatırladaq ki, ABŞ-ın nümayəndələr palatası Gürcüstana dəstək aktını bu gün birgə səslə təsdiqlədi.