Baş nazir: “Gürcüstan hökumətinin çox sayda yaxşı təşəbbüsü və planları var”

Manshet Siyasət

“Gürcüstan hökumətinin çox sayda yaxşı təşəbbüs və planları var”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə bildirib.

O deyib ki, hazırda diqqəti konkret nəticələr üzərində cəmləməyin vaxtıdır: “Hökumətin başlıca vəzifəsi bütün yaxşı təşəbbüslərin reallaşdırılmasıdır. Biz yaxın gələcəkdə hər bir vətəndaş üçün əhəmiyyətli nəticə əldə etmək üçün əlimizdən gələn hər bir şeyi edəcəyik”.

G.Qaxaria qeyd edib ki, yeni hökumətin əsas prinsipləri arasında effektivlik birinci yerdə olacaq.